Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın Milli Məclisi Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat qəbul edib

681
Azərbaycanın Milli Məclisi Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat qəbul edib
Dinləmək üçün basın

Azərbaycanın Milli Məclisi Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat qəbul edib.

InterPress.ge-nin xəbərinə görə, sənədi Milli Məclisin deputatı Kamal Cəfərov oxuyub.

Bəyanatda deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının 30 ili tamam olur. Miqyasına və ağırlıq dərəcəsinə görə Xocalı soyqırımı ən dəhşətlisidir. Soyqırımı aktının təşkilatçıları siyasi və dövlət rəhbərliyidir, keçmiş sovet ordusunun 366-cı alayının şəxsi heyətidir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib".

"Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir", - deyə sənəddə bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →