Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İtaliya bu ölkələr üçün sərhədlərini açdı

1,176
İtaliya bu ölkələr üçün sərhədlərini açdı
Dinləmək üçün basın

İtaliya Avropa ölkələrindən gələn turistlər üçün sərhədləri açıb.

İtaliya Avropa ölkələrindən gələn turistlər üçün sərhədləri açıb.

InterPress.ge İtaliyanın “The Local” nəşrinə istinadən xəbər verir ki, hökumət Avropa İttifaqı ölkələri, Şengen zonasının dörd ölkəsi - İslandiya, Norveç, Lixtenşteyn və İsveçrə, habelə Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələnlər üçün tətbiq olunan iki həftəlik karantin qaydasını ləğv edib. Beynəlxalq uçuşlar Milan, Roma və Neapol şəhərlərindən bərpa ediləcək.

İtaliyanın Baş Naziri Cüzeppe Conte beynəlxalq turizmin bərpası ilə ölkənin koronavirusa yoluxma hallarının artım riski ilə üzləşdiyini bildirib. “Biz infeksiya hallarının yenidən artması riski ilə üz-üzəyik. Ancaq bu faktı qəbul etməliyik, əks təqdirdə biz heç vaxt yenidən başlaya bilməyəcəyik” ,- deyə Konte bildirib.

Qeyd edək ki, İtaliyada 233 515 nəfər koronavirusa yoluxub, 33 530 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →