Ukrayna Radası BMT Baş Assambleyasına müraciət etdi
Ukrayna Radası BMT Baş Assambleyasını Rusiyanın hazırkı prezidenti Vladimir Putin rejiminin dünyaya qarşı törətdiyi cinayətləri araşdırmaq üçün xüsusi tribunal yaratmağa çağırır.
InterPress.ge xəbər verir ki, müraciəti deputatlara Radanın sədri Ruslan Stefançuk təqdim edib.
“Biz BMT Baş Assambleyasına Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrdə Putin rejiminin cinayətlərinin araşdırılması üçün xüsusi tribunal yaradılması təklifi ilə müraciət edirik. Ukraynada vəhşi cinayətlər törətməsi nəticəsində Rusiyanın dünya mülki dövlətləri arasında yeri yoxdur. Onunla əlaqə yalnız təcavüz dayandırıldıqdan və diktator qanlı rejim dəyişdirildikdən sonra mümkündür”, - Stefançuk bildirib.
Ukrayna parlamenti həmçinin bütün dünyanı Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırır.
Rada həmçinin dünyaya hərbi terrorçu Vladimir Putinin legitimliyini tanımamağa və onu dünya arenasında tamamilə təcrid etməyə çağırır.


