27 
Fev
2022
22:25
431

Volodimir Zelenski: "Düzünü desəm, bu görüşün nəticəsinə inanmıram"

“Düzünü desəm, bu görüşün nəticəsinə inanmıram".

InterPress.ge xəbər verir ki, bu barədə
Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə planlaşdırılan danışıqların nəticəsinə o qədər də inanmadığını, lakin müharibəni bitirmək üçün kiçik bir şansdan belə istifadə etməyə hazır olduğunu bildirib.

“Düzünü desəm, bu görüşün nəticəsinə inanmıram, amma cəhd edək. Sonra heç bir Ukrayna vətəndaşının mən prezident kimi  az da olsa, müharibəni dayandırmağa cəhd etmədiyimə dair şübhəsi olmasın.”- Zelenski qeyd edib.

O, Aleksandr Lukaşenko ilə çox ciddi söhbət etdiyini bildirib.

“Mənim Aleksandr Lukaşenko ilə telefon danışığım olub. 2 ildir danışmırıq, amma bu gün çox ciddi danışdıq. Belarusdan Ukraynaya uçan raketlərin, təyyarələrin, helikopterlərin olmasını istəmədiyimi ətraflı izah etdim. Mən Belarus qoşunlarının Ukraynaya gəlməsini istəmirəm”, - Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər