27 
Fev
2022
23:35
478

Aİ-nin yeni sanksiyaları Rusiyanın mərkəzi bank ehtiyatlarının yarısından çoxunu bloklayacaq

Aİ-nin yeni sanksiyaları Rusiyanın mərkəzi bank ehtiyatlarının yarısından çoxunu bloklayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Brüsseldə mətbuat konfransında bildirib.

O, həmçinin Rusiya xəbər agentliklərinin, Russia Today və Sputnik-in fəaliyyətinə qadağa qoyulmasından danışıb.

Onun sözlərinə görə, blok Rusiya dezinformasiyası ilə “mübarizə aparmaq üçün” iki KİV-ə qadağa qoyur.

“Bu gün biz Russia Today və Sputnikin Aİ-də yayımını qadağan etməklə, Rusiyanın Avropadakı informasiya manipulyasiyasinı bağlamaq istiqamətində qəti addım atırıq”, - Borrell bildirib.

Mətbuat konfransında çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Layan “sanksiya paketinə əsasən, mühüm Rusiya bankları SWIFT sistemindən kənarlaşdırılacaq” deyib.

Avropa Komissiyasının sədri Aİ-nin Ukraynada silah alınması üçün maliyyə ayıracağını da vurğulayaraq, blokun ilk dəfə belə addım atdığını bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər