28 
Fev
2022
12:18
1784

Rus rublu kəskin dəyər itirdi

Rusiya rublu ABŞ dollarına nisbətdə 30% ucuzlaşıb.

lnterPress.ge xəbər verir ki,  bu barədə məlumatı BBC yayıb.

Məlumata görə, Rusiya valyutasının yeni rekord ucuzlaşması ölkədəki bəzi banklara SWIFT beynəlxalq ödəniş sistemindən istifadənin qadağan edilməsindən sonra müşahidə olunub.

Gərginliyin artması da Brent markalı neftin bir barelinin qiymətinin 100 dolları ötməsinə səbəb olub.

BBC-in bildirdiyinə görə ki, Avropa İttifaqı ABŞ və onların müttəfiqlərinin bir neçə Rusiya bankının SWIFT-dən kəsilməsinə dair addımı Moskvanın Ukrayna ilə müharibəsinə görə indiyədək tətbiq etdiyi ən sərt tədbirdir. Rusiya neft və qaz ixracatında SWIF sistemindən çox asılıdır.

Rusiya Mərkəzi Bankının da aktivləri dondurulacaq ki, bu da ölkənin xarici ehtiyatlara çıxışını məhdudlaşdıracaq.

Bizimlə əlaqə saxlayın