04 
Iyn
2020
11:25
2020

Baş nazirin qərarı ilə Tetritskaro bələdiyyəsində karantin rejimi ləğv olunur

Tetritskaro bələdiyyəsi karantin rejimindən çıxarılır.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria hökumət iclasında bildirib.

Onun sözlərinə görə, son iki həftə ərzində rayonda heç bir yoluxma hadisəsi qeydə alınmayıb.

“Tetritskaro bələdiyyəsində çox sərt məhdudiyyətlər var. Son yoluxma hadisəsi mayın 22-də olub və mayın 22-dən iyunun 4-dək bir inkubasiya dövrü artıq keçib. Rayonda intensiv yoxlamalar keçirilsə də, son 14 gündə yeni bir hal qeydə alınmayıb. 449-dan çox test edildi və burada yoluxma halları yoxdur. Buna görə inanırıq ki, bir addım atmaq və Tetritskaro rayonunu açmaq mümkündür. Eyni zamanda, rayon sakinlərini maksimum ehtiyatlı olmağa və ayıq-sayıq olmağa çağırmalıyıq ", - dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın