Ukrayna və Rusiya arasında danışıqlar başladı
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Prezident Aparatının nümayəndəsinə istinadən xəbər verir.
Ukrayna prezidentinin nümayəndəsinin sözlərinə görə, danışıqların nə qədər davam edəcəyi hələlik məlum deyil.
Danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvlərinin kimliyi məlumdur. Buraya: “Xalq xidməti” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak, Ukrayna nümayəndə heyətinin rəhbəri Andrey Kostin, Xalq deputatı Rüstəm Merov, xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir. Prezidentin mətbuat xidmətinin məlumatına görə, danışıqların əsas mövzusu dərhal atəşkəs və Rusiya qoşunlarının ərazidən çıxarılması olacaq.
Qeyd edək ki, nümayəndə heyətinin üzvlərindən biri David Araxamia danışıqların gözlənilməsi ilə bağlı sosial şəbəkədə aşağıdakı məzmunu yerləşdirib: “Danışıqlar ya düzgün istiqamətdə gedəcək, ya da Rusiya hərbi gəmisi kimi”, -deyə Araxamia yazıb.


