28 
Fev
2022
16:49
368

Ukrayna kiberməkanda Rusiyaya qarşı genişmiqyaslı müharibəyə başlayır

Ukrayna kiberməkanda Rusiyaya qarşı genişmiqyaslı müharibəyə başlayır. 

lnterPress.ge xəbər verir ki ,  bu barədə məlumatı Təhlükəsizlik Xidməti yayıb.

Agentliyin məlumatına görə, Telegram sosial şəbəkəsində xüsusi bot-chat istifadəçilərin göndərdiyi məlumatları toplayacaq və bu məlumatlardan Rusiya işğalçı qüvvələrinə qarşı istifadə olunacaq.

“Biz kiber cəbhəni açırıq! İşğalçının resurslarını ələ keçirmək prosesində ukraynalılara kömək edin! Biz son günlər düşmənin hərəkəti, təxribat-kəşfiyyat fəaliyyəti ilə bağlı çoxlu faydalı məlumatlar əldə etmişik. Sizin köməyinizlə bir çox işğalçı məhv edildi! Bu gün Telegram chat-botunda  @ stop_russian_war_bot-da kibercəbhədə  mübarizəyə xidmət edən yeni funksiya peyda olub - Rusiya obyektlərinin kibermüdafiəsində hər hansı bir zəif nöqtə görsəniz, mütləq çat-botu xəbərdar edin”, -  deyə müraciətdə bildirilir. 

Bəyanatda o da qeyd olunub ki, qeyd olunan çatışmazlıqlar E-poçt, veb-saytlar, onlayn bankçılıq, idarəetmə sistemləri, kompüter şəbəkələri, sertifikatlaşdırma mərkəzləri, şəxsi mesajlaşma proqramları və sosial şəbəkələrə aid ola bilər.

Ukrayna Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, ukraynalı kibermütəxəssislər Chat-Botun topladığı məlumatlardan işğalçıya qarşı mübarizədə istifadə edəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər