BMT Baş Assambleyasının Ukrayna məsələsi üzrə xüsusi sessiyası başlayıb
Rusiyanın təcavüzünü pisləyən qətnamənin müzakirəsi üçün Nyu-Yorkda BMT Baş Assambleyasının xüsusi sessiyası başlayıb.
InterPress.ge xəbər verir ki, Xüsusi sessiyanın çağırılması barədə qərar bazar günü Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanın sözlərinə görə, belə bir sessiyanın keçirilməsi zəruridir, çünki Rusiya Təhlükəsizlik Şurasına beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün zəruri olan hərəkətlərə icazə verməyib.
Məlumat üçün bildirək ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın təcavüzünü pisləyən qətnaməyə baxıb və 15 üzvdən 11-i dəstəkləyib. Rusiya əleyhinə səs verib, üç dövlət bitərəf qalıb. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün veto hüququndan istifadə edib və qətnaməyə mane olub. İndi onu əldə etmək üçün üzv dövlətlərin əksəriyyəti tələb olunur.


