Mixeil Saakaşvili: "Mən Mixeil Saakaşviliyəm və və siyasi çıxış olmasın nə deməkdir?"
''Mən Mixeil Saakaşviliyəm və siyasi çıxış olmasın nə deməkdir''.
lnterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hakim Badri Koçlamazaşviliyə müraciətində deyib.
Hakimin bildirdiyinə görə, təqsirləndirilən şəxsin bəyənatı məcburi prosedura çevrilməməlidir.
Hakim qeyd edib ki, bəyənat həm hüquqi tərəfə aid edilməlidir, həmçinin təqsirləndirilən şəxsin səhhətinə və cəzaçəkmə müəssisəsində təhlükəsizliyinə dair məsələlərlə də bağlı ola bilər.
Hakim təqsirləndirilən şəxsin nə deyəcəyini əvvəlcədən bilmədiyini və buna görə də bəyanatın daxili və xarici siyasətlə bağlı müzakirə olmamalı olduğunu deyib. Bunun ardınca isə Mixeil Saakaşvili narazılığını bildirib.
''Bu nə deməkdir ki, siyasi müzakirə olmamalıdır? Ümumiyyətlə, bu proses siyasi xarakter daşıyır. Mən Mixeil Saakaşviliyəm və və siyasi çıxış olmasın nə deməkdir", - deyə Saakaşvili bildirib.


