İrakli Kobaxidze: "Yanlış informasiyaya əsasən “emosional ajiotaj” yaranıb"
"Aİ nümayəndələri ilə ilkin məsləhətləşmələrimiz oldu. Onlar izah edirlər ki, Aİ-yə üzvlük təklifi müharibə şəraitində olan Ukraynaya aiddir, Moldova və Gürcüstana aidiyyatı yoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidzenin sözlərinə görə, yanlış informasiyaya əsasən “emosional ajiotaj” yaranıb.
Onun qeyd etdiyinə görə, müharibə olduğu üçün Ukraynaya namizəd statusunun verilməsi perspektivini tez bir zamanda nəzərdən keçirmək təklif olunub.
“Yanlış məlumatların yayılması səbəbindən emosional ajiotaj yaranıb. Biz onunla məşğul oluruq. Müharibəni nəzərə alaraq, Ukraynaya tez bir zamanda namizəd statusunun verilməsi perspektivini nəzərdən keçirmək təklif olunub. Ukraynanın bura qoşulmasından söhbət getmir. Bu barədə Aİ rəsmiləri və liderləri danışır. Hər halda, Ukraynanın Aİ-yə daxil olması uzun illər çəkəcək, çünki konkret hüquqi sənəd var ki, ona görə bütün öhdəliklər yerinə yetirilməyənə qədər heç bir ölkə Aİ-yə üzv ola bilməz. Bu, Gürcüstana, Moldovaya, eləcə də, bütün ölkələrə aiddir. Gürcüstana gəlincə, biz 2024-cü ildə Avropa İttifaqında belə bir sənəd təqdim edəcəyik. 2024-cü ilə qədər öhdəliklərin ciddi bir hissəsini yerinə yetirmiş olacağıq və bundan sonra bu, bizim müraciət etməyimiz üçün rasional əsas olacaq. Biz Aİ rəsmiləri ilə ilkin məsləhətləşmələr aparmışıq. Onlar izah edirlər ki, Aİ-yə üzvlük təklifi müharibə şəraitində olan Ukraynaya aiddir, lakin Moldova və Gürcüstana aidiyyəti yoxdur", -deyə Kobaxidze bildirib.


