Elene Xoştaria: "Əlimizdən gələni edəcəyik ki sabah İrakli Ğaribaşvili binaya daxil olmasın"
Rustaveli meydanında Ukraynaya dəstək aksiyasına toplaşan vətəndaşlar, siyasi partiyaların üzvləri və vətəndaş fəalları Rustaveli prospektində gecələyiblər.
InterPress.ge xəbər verir ki, bu barədə
Droa partiyasının lideri Elene Xoştariya bildirib.
Onun aksiyada çıxışında qeyd etdiyinə görə, etirazçılar baş nazir İrakli Ğaribaşvilinin binaya daxil olmasının qarşısını almaq üçün sabah saat 08:00-da hökumət administrasiyasına toplaşacaqlar.
“Gəlin burada birlikdə durub sabah səhər deyək ki, İrakli Ğaribaşvili bu kanselariyaya daxil ola bilməyəcək. Biz əlimizdən gələni edəcəyik ki, burada müvafiq şərait yaradılsın, qüvvələr toplansın və Ğaribaşvili səhər saat 08:00-da kanselariyaya daxil olmasın”, - Elene Xoştariya bildirib.
Droa lideri Elene Xoştarianın sözlərinə görə, partiyalar və ictimai qruplar razılaşaraq İrakli Ğaribaşvilinin istefasını, Gürcüstanın Rusiyaya səmanı bağlamasını və Ukraynaya açmasını eləcə də Gürcüstanın Aİ-yə üzvlük üçün müraciət etməsini tələb ediblər.


