Gürcüstan Prezidenti Baş nazirin açıqlamasına münasibət bildirdi: "Birbaşa deyirəm..."
"Birbaşa deyə bilərəm ki, mən belə bir bəyanat verməzdim".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili FRANCE 24 telekanalına müsahibəsində baş nazir İrakli Ğaribaşvilinin Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmayacağı bəyanatı ilə bağlı bildirib.
Aparıcının – “Ölkənizin baş naziri dedi ki, Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq etmək fikrində deyil, niyə?” – sualına Zurabişvili cavab verib ki, Ğaribaşvilinin niyə belə açıqlama verdiyini bilmirəm.
“Əvvəla, onun bu açıqlamanı niyə verdiyini bilmirəm. Düşünürəm ki, bu məsələ deyil, çünki ölkəmiz artıq işğal olunmuş ərazilər tərəfindən sanksiyaya məruz qalıb. Hansı sanksiyaları tətbiq edə biləcəyimizə əmin deyiləm, bu nöqtədə hansı sanksiyaların əhəmiyyəti olacaq. Amma hesab etmirəm ki, bu gün belə bir bəyanatın bir mənası var - birbaşa deyə bilərəm ki, mən belə bir açıqlama verməzdim. Hesab edirəm ki, Gürcüstandan vacib olan və hamının gözlədiyi bu açıq həmrəylikdir, ona görə də mən buradayam, bunu prezident Zelenskiyə də təsdiq edirəm, bunu Gürcüstan əhalisi də təsdiqləyir. Çatdırmaq istədiyim mesaj budur - biz Ukraynaya həmrəyliyimizi bildiririk”, - Zurabişvili bildirib.


