04 
Iyn
2020
18:15
2569

Gürcüstan və Almaniya uçuşların bərpa olunması ilə bağlı danışıqlar aparılıb

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Almaniya İqtisadiyyat və Enerji Nazirliyinin Parlament katibi ilə hava əlaqələri və turizm sahəsində əməkdaşlığın bərpası imkanlarını müzakirə edib.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Natia Turnava Thomas Barais ilə görüşü onlayn formatda keçirib.

İqtisadiyyat Nazirliyinin saytında verilən məlumata görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın digər prioritet sahələri ilə yanaşı, ikitərəfli hava əlaqələrinin və turizm sahəsində əməkdaşlığın bərpa olunmasını müzakirə ediblər.

"Almaniya iqtisadi inkişaf da daxil olmaqla bir çox vacib məsələlərdə ənənəvi tərəfdaşımızdır. Ümid edirik ki, alman turistlər Gürcüstana ilk beynəlxalq səyahət edənlər sırasında olacaqlar. Alman tərəfini Gürcüstandakı vəziyyət barədə məlumatlandırdıq və iyulun 1-dən ilk beynəlxalq qonaqları qəbul etməyə hazır olduğumuzu bildirdik”, - deyə, Turnava görüşü şərh etdi.

Bizimlə əlaqə saxlayın