"Üçüncü dünya müharibəsi baş verərsə, bu, dağıdıcı nüvə müharibəsi olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Üçüncü dünya müharibəsi dağıdıcı nüvə müharibəsi olacaq", - deyə Lavrov Aljazeera telekanalına müsahibəsində deyib.
Rusiya mətbuatının məlumatına görə, televiziya müsahibəsindən bir parça “Twitter” səhifəsində yayılıb.
