03 
Mar
2022
11:06
391

Vadim Boyçenko: "Dünən gecə şəhərimiz üçün çox çətin gecə idi"

Dünən şəhər üçün çox ağır bir  gün olub.

lnterPress.ge xəbər verir ki, bu barədə  Cənubi Ukraynanın  Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib. 

O, Ukrayna qüvvələrinin dinc əhalinin evlərinə basqın edənlərə qarşı mərdliklə döyüşdüyünü bildirib.

Şəhərin kritik infrastrukturu təhlükə altındadır, vətəndaşlar su və işıqsız qalıb. Bələdiyyə sədri şəhər əhalisinə müraciət edərək onları qəhrəman adlandırıb.

“Əziz Mariupollular, siz böyük qəhrəmansınız. Biz hamımız azadlıq, ölkəmiz, yeganə Mariupolumuz üçün mübarizə aparırıq. Həqiqət bizimlədir. Qələbə bizim tərəfimizdə olacaq", - deyə mer deyib.

Xatırladaq ki, dünən mer Rusiya qüvvələrinin intensiv bombardmanı nəticəsində şəhərdə 128 nəfərin xəstəxanaya yerləşdirildiyini və həkimlərin Mariupolluların həyatını xilas etmək üçün fasiləsiz olaraq çalışdıqlarını bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər