03 
Mar
2022
11:21
528

Ukrayna kəşfiyyatı xəbərdarlıq etdi- Volodimir Zelenskinin saxta videomüraciəti hazırlanır

Rusiya deepfake texnologiyasından istifadə edərək, dezinformasiya yaymaq və iğtişaşlar yaratmaq məqsədi  ilə Volodimir Zelenskinin saxta müraciətinin videosunu hazırlayır.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mediası ölkə kəşfiyyatına istinadən yazır. 

“2022-ci ilin fevral ayının əvvəlində Rusiya ilə münaqişə geniş vüsət alan zaman o, əlində olan hibrid müharibənin bütün alətlərini, xüsusən də informasiya təsirini işə salıb və videoları bir-birinin ardınca saxtalaşdırmağa başlayıb. Belə bir videoçarxda Ukrayna prezidenti Volodimir Zelenskinin üzünün istifadə oluna biləcəyi barədə məlumatımız var. Ona görə də bilin ki, belə bir video panika yaratmaq, orientasiyanı pozmaq, qoşunlarımızı təslim olmağa inandırmaq məqsədi daşıyan saxta videodur", -  deyə Ukrayna kəşfiyyatı bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər