03 
Mar
2022
12:28
464

Makron: "Rusiya- Ukrayna müharibəsi Avropanın yeni erasının başlanğıcıdır"

Ukrayna müharibəsi həyəcan siqnalı, Avropa üçün daha çox iqtisadi və müdafiə muxtariyyəti tələb edən “yeni eranın” başlanğıcıdır.

lnterPress.ge xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron televiziya ilə çıxışında bildirib.

Makron Rusiyanın Ukraynaya təcavüzünün ortaq, müstəqil Avropa müdafiə strategiyasına ehtiyac olduğunu vurğulayıb.

O qeyd edib ki, Fransa müdafiə sektoruna investisiyalarını gücləndirəcək, lakin o, əlavə təfərrüatlar barədə danışmayıb.

Fransa lideri çıxışında ukraynalılara yardım göstərmək üçün atəşkəs və humanitar dəhlizin açılmasını tələb edib.

Makron əlavə edib ki, müharibənin nəticələri şübhəsiz bütün Avropada, o cümlədən benzin, qaz və gündəlik əşyaların qiymətlərinin artacağı gözlənilən Fransada hiss olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər