Toyota Rusiyada fəaliyyətini dayandırdı
Avtomobil istehsalçısı olan Toyota Sankt-Peterburqdakı yeganə Rusiya zavodunu bağladığını bildirir. Yapon şirkəti həmçinin bildirib ki, Rusiya sərt beynəlxalq sanksiyalarla üzləşdiyi üçün "təchizat zəncirindəki gecikmələrə görə növbəti bildirişə qədər nəqliyyat vasitələrinin idxalını dayandırıb".
lnterPress.ge xəbər verir ki, Toyotanın Ukraynada fabrikləri yoxdur, lakin Rusiya işğalından sonra ölkədəki bütün satışlarını dayandırıb.
"Bu böhranla mübarizədə prioritetimiz komandamızın bütün üzvlərinin təhlükəsizliyini təmin etməkdir", - deyə şirkətin açıqlamasında deyilir.
Məlumat üçün bildirək ki, ötən il Toyota Sankt-Peterburqdakı zavodda 80 minə yaxın avtomobil istehsal edib və onların əksəriyyəti Rusiya bazarında satılıb.


