Yens Stoltenberq: "Alyansa üzv ölkələr Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa və..."
Alyansa üzv ölkələr Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa və heç bir şərt olmadan qoşunlarını ölkədən çıxarmağa çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə Yens Stoltenberq NATO-ya üzv ölkələrin nümayəndələrinin xüsusi iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz uzun müddətdir ki, prezident Putinin Ukraynanı işğal etmək niyyətində olduğu barədə xəbərdarlıq edirik. Məhz buna görə də alyansa üzv olan dövlətlər problemin diplomatik yolla həlli üçün bütün səylərini sərf ediblər. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı təcavüzünün çox yüksək qiymətini ödəyəcəyini açıqladıq. İndi bu qiyməti Rusiya ödəyir. Bu müharibəni Putin dinc Ukraynaya qarşı planlaşdırıb və həyata keçirir. Biz prezident Putini bu müharibəni dərhal dayandırmağa, qoşunlarını heç bir şərt olmadan Ukraynadan çıxarmağa və indi diplomatiya ilə məşğul olmağa çağırırıq”, - Stoltenberq bildirib.


