Zelenski Gürcüstan vətəndaşlarına təşəkkür edib dedi: "Ukraynaya bacardığınız qədər güclü dəstək olun"
Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan vətəndaşlarına Parlament qarşısında baş tutan videomüraciətində təşəkkür etdi.
InterPress.ge xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski öncə Ukraynanın müdafiəsi uğrunda həlak olanların və həyatlarını itirən mülki şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi və daha sonra Gürcüstan xalqına müraciət etdi.
"Sizə müraciət etmək üçün üç dəqiqəm var. Mən ilk bir dəqiqəni Vətən uğrunda döyüşlərdə həlak olanlara, əsgərlərimizə, yanğınsöndürmə briqadasında xidmət edənlərə, pilot işləyənlərə həsr olunmuş bir dəqiqəlik sükutla yad edilməsini istəyirəm. Vətənin müdafiəsi üçün müxtəlif sahələrdə qəhrəmanlıqlar göstərən, onun uğrunda canını fəda edənlərin gəlin ruhlarını yad edək”.
“İkinci dəqiqəni vətəndaşlarımızın xatirəsinə, vətəndaş cəmiyyətinə həsr etmək istərdim. Sayları onlarla, yüzlərlə olan xalq, böyüklər, uşaqlar vətəninin müstəqilliyi uğrunda canlarından keçmiş, canlarını fəda etmişlərdir. Gəlin onları bir dəqiqəlik sükutla xatırlayaq".
Üçüncü dəqiqəmi sizə, Avropa xalqına həsr etmək istəyirəm. Sizi susmamağa çağırmaq istəyirəm. Mən küçələrə çıxıb Ukraynanı dəstəkləmək, səylərimizi və mübarizəmizi dəstəkləmək istəyirəm. Çünki Ukrayna ayağa qalxmasa, Avropa da durmayacaq. Biz yıxılsaq, Avropa da yıxılacaq. Ona görə də xahiş edirəm susmayın. Buna göz yummayın. Ukraynaya dəstək olaraq çıxın və qalib gəlsək, əminəm ki, biz qalib gələcəyik, bu, bütün demokratik dünyanın qələbəsi, işığın qaranlıq, xeyirin şər, azadlığın köləlik üzərində qələbəsi olacaq.
Biz də Avropa qədər firavan olacağıq, Avropa bu şanlı qələbə ilə daha da çiçəklənəcək. Ukraynaya eşq olsun.
Bilirəm ki,siz- Tbilisi, Frankfurt, Praqa, Lyon, Bratislava, Paris, Vilnüs, hər gün Ukrayna xalqı ilə birlikdəsiniz və bunun üçün sizə təşəkkür edirəm," - deyə Zelenski müraciətində bildirdi.


