Onlarla media işçisi Rusiyanı tərk edib
Rusiyada müstəqil media işçilərinin vəziyyətinin pisləşməsi ilə əlaqədar "Sərhədsiz Reportyorlar" Almaniya hökumətini heç bir bürokratiya olmadan Rusiyanı tərk etmiş jurnalistləri işə götürməyə çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə qurumun saytında bildirilir.
Eyni mənbəyə görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 150 rusiyalı media işçisi Rusiya sərhədini keçib.
Bir sıra müstəqil KİV Rusiyada kütləvi dövlət senzurasına görə fəaliyyətini dayandırıb, bəziləri isə artıq hərbi əməliyyatlar barədə məlumat vermir.
Məlumat üçün bildirək ki, martın 4-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğalı ilə bağlı “yalan məlumat” yayanları 15 il həbs cəzası ilə hədələyən qanun imzalayıb. Aparıcı beynəlxalq media orqanları Rusiyadan xəbər yaymağı dayandırıb.


