Hakim qərar verdi- Qiqi Uqulava...
Müxalifət lideri, təqsirləndirilən Qiqi Uqulava hava limanında baş verən insidentlə bağlı Tbilisi Şəhər Məhkəməsi tərəfindən bəraət alıb.
lnterPress.ge xəbər verir ki, qərarı hakim Badri Koçlamazaşvili verib.
Məhkəmənin qərarına əsasən, Qiqi Uqulava cüdoçu Badri Qavaşelişviliyə qarşı zorakılığa görə bəraət qazanıb.
Koçlamazaşvilinin sözlərinə görə, hər iki tərəf münaqişənin başlanğıcına diqqət yetirib. Zorakılıq məsələsində münaqişənin başlaması konkret şəxsin hücum və ya müdafiə mövqeyində olub-olmadığını müəyyən etmək üçün böyük əhəmiyyət kəsb edir.
Hakimin sözlərinə görə, hər iki tərəf münaqişənin mövcudluğunu təsdiq edir və hər iki tərəf fiziki qarşıdurma zamanı bir- birinə zərbə endirdiklərini təsdiqləyir.
Koçlamazaşvilinin bildirdiyinə görə, məhkəməyə əlavə sübutlar təqdim edilməyib, lakin ittiham tərəfi münaqişənin əvvəlində gələn patrul əməkdaşlarını təqdim edib və onların münaqişənin başlaması barədə məlumatı olmadığını bildirib. O, bildirib ki, hansı tərəfin versiyasının düzgün olub- olmamağı ilə bağlı məhkəməyə əlavə sübutlar lazımdır, lakin bu sübular təqdim olunmayıb. Buna görə də hakim Uqulavanın lehinə qərar verib.
Məlumat üçün bildirək ki, hadisə 2019-cu il dekabrın 11-də Tbilisi hava limanında baş verib. Qiqi Uqulava Badri Qavaşelişviliyə qarşı fiziki zorakılıq törətməkdə Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə ittiham olunub.


