Daxili işlər naziri: "Onlar bunu əməliyyat adlandırdılar, lakin bu birbaşa müharibədir"
''Rusiya hakimiyyəti birbaşa etiraf edir ki, Ukraynaya qoşunla daxil olub və bu əməliyyata başlayıb. Onlar bunu əməliyyat adlandırdılar, lakin bu birbaşa müharibədir''.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vaxtanq Qomelauri bildirib.
Onun sözlərinə görə, hamı yaxşı görür ki, müharibəni Ukrayna başlatmayıb və onun fikrincə, müharibəni kimin başlatması sualı ümumiyyətlə verilməməlidir.
''Məncə, müharibəni kim başladıb sualını vermək lazım deyil. Birbaşa Rusiya elan etdi ki Ukraynaya qoşun yeridib və müharibəyə başlayıb. Rusiya hakimiyyəti birbaşa etiraf edir ki, Ukraynaya qoşunla daxil olub və bu əməliyyata başlayıb. Onlar bunu əməliyyat adlandırdılar, lakin bu birbaşa müharibədir. Hər kəs bilir ki, müharibəni Ukrayna başlatmayıb'',- deyə Qomelauri bildirib.nxas


