06 
Iyn
2020
22:38
1105

Hüquqşünas Əli Bədirov DTX-nın başladığı istintaqla bağlı irqi diskriminasiya cinayətini izah edir

Hüquqşünas Əli Bədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən başladılan istintaqla bağlı İrqi diskriminasiya cinayətini izah edib.

InterPress.ge xəbər verir ki, hüquqşünas bu barədə öz facebook səhifəsində yazıb.

"İlk növbədə Dövlət Təhlükəsizliq Xidmətinə (DTX) sorğuya çağırılan icma üzvlərimizə arxayın olmaları üçün demək istəyirəm ki, DTX cinayət işləməyənləri saxlaya bilməz.

Əgər DTX günahsız birini irqi diskriminasiya (1421-ci maddə) cinayətini işləməklə ittiham edərsə, mən təmənnasız olaraq həmin şəxsin vəkili olmağa hazıram. Hətta sorğuya getməmiş, şahid qismində dindirilməmişdən əvvəl belə mənə müraciət edə bilərsiniz ki, səhv bir söz danışmamağınız üçün hüquqi yardım göstərim. Bu məsələdə siyasi rəqibim olan Zaur Darğallıya da kömək etməyə hazıram.

Qaldı ki, Gürcüstanın Cinayət Məcəlləsinin 1421-ci maddəsi (irqi diskriminasiya) faktı ilə başladılan istintaq kim üçün təhlükəlidir və nə cür addıma bu cinayət adı verilə bilər, cavablayıram: İrqi diskriminasiya, yəni addım (hərəkət), hansı ki,

1) milli və ya irqi düşmançalıq, güçlü qarşıdurmalar, milli qüruru alçaltmaq məqsədi ilə edilib.

2) milli, irqi və ya dəri rənginə görə insanın hüquqlarını məhdudlaşdırmaq üçün edilib.

3) milli, irqi və ya dəri rənginə görə insana üstünlük vermək üçün edilib.

Əgər bu cür məqsədiniz və ya niyyətiniz olmayıbsa, deməli siz DTX-nin irqi diskriminasiya faktı ilə apardığı istintaqa görə, cinayət işləməyibsiniz. Rahat olmalısınız, çünki siz günahsızsın və mən də sizin marağınızı qorumağa hazıram", - deyə Ə. Bədirov yazır.

Bizimlə əlaqə saxlayın