07 
Iyn
2020
08:22
964

Dünyada koronavirusla bağlı son statistika

Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 402,237 pasiyent təşkil edir.

InterPress.ge xəbər verir ki, dünyada pandemiya ərzində 6,981,005 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 3,412,672 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 53 598 pasiyent ağır vəziyyətdədir.

ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 1,988,544 nəfər yoluxub, 112,096 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 676,494 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 36,044 pasiyent vəfat edib.

Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 458,689nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb. Siyahıda dördüncü yerdə 288,390 yoluxma ilə İspaniya, beşinci yerdə 284,868 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.

Bizimlə əlaqə saxlayın