Ukrayna Prezidenti növbəti videomüraciətini yayıb
Rusiya ordusu ağır itkilər verir.Biz hətta son onilliklərdə Rusiya ordusuna vurulan ən böyük zərərdən danışa bilərik”.
InterPress.ge xəbər verir ki, bu barədə
Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində belə deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri düşmənin Ukraynaya qarşı döyüşmək istəyini itirməsi üçün əlindən gələni edir.
“Rusiya ordusunun itkisi böyükdür. Artıq on yeddinci günə qədər işğalçının dinamikası elədir ki, əminliklə deyə bilərik: bu, son onilliklərdə Rusiya ordusuna vurulan ən böyük zərərdir. Oxşar müddət ərzində onlar heç vaxt daha çox itirməyəcəklər”, - deyə Zelenski bildirib.
Prezidentin qeyd etdiyinə görə, düşmənin 31 batalyon-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.
Zelenskinin sözlərinə görə, işğalçının texniki itkilərinin sayı heyrətamizdir, çünki Ukrayna silahlı qüvvələri 360-dan çox tank, 1205 zirehli texnika, 60-a qədər təyyarə, 80-dən çox helikopter və yüzlərlə digər texnikanı məhv edib.
O, həmçinin Melitopol meri İvan Fyodorovun dərhal azad edilməsini tələb edib.


