13 
Mar
2022
11:15
367

Prezident parlamentdə çıxış edəcək

Martın 14-də prezident Salome Zurabişvili parlament tribunasından deputatlar və ölkə əhalisi qarşısında çıxış edəcək.

InterPress.ge xəbər verir ki, prezidentin ölkənin vəziyyətinin ən mühüm məsələlərinə dair çıxış edəcəyi parlamentin plenar iclası saat 12:00-da başlayacaq.

Prezidentin çıxışından sonra parlament tribunasını fraksiya və siyasi qrup sədrləri tutacaq. Çıxış etmək üçün 10-10 dəqiqə ərzində cəmi yeddi məruzəçi olacaq.

Parlamentin Reqlamentinə görə, çıxışlar bitdikdən sonra prezident yekun nitq söyləmək səlahiyyətinə malikdir. Daha sonra plenar iclas qapalı olacaq.

Prezidentin çıxış etdiyi gün plenar iclasda başqa məsələlərin müzakirəsinə yol verilmir.

Bizimlə əlaqə saxlayın