Kiyev Şəhər Administrasiyası: "Kiyev blokadaya hazırlaşır"
Kiyev blokadaya hazırlaşır. Şəhər 2 həftəlik ərzaq ehtiyatı ilə doldurulub. Şəhərdə qalan 2 milyon insan üçün 2 həftəlik ərzaq ehtiyatı yaradılıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası “Telegram” vasitəsilə məlumat yayıb.
“Şəhər mümkün blokada hərəkətlərinə hazırlaşır. Evlərini tərk etməyən iki milyon kiyevli pisləşən vəziyyətlə üzləşməyəcək. Paytaxt hökuməti bizneslə əməkdaşlıq edərək apteklərin, mağazaların açılması və münasib qiymətlərin olması üçün əlindən gələni edib”, - deyə məlumatda bildirilir.
Bəyanatda deyilir ki, şəhər Kiyevdə mağazaları mümkün qədər qısa müddətdə təchiz etdiyinə görə ukraynalı və xarici tərəfdaşlara təşəkkür edir.
“Bundan başqa, şəhərdə pensiya və maaşlar da ödənilir.Ona görə də biz kiyevlilərdən xahiş edirik ki, ərzaq almaqdan əlavə, istifadə etdikləri kommunal ödənişləri də ödəsinlər. Eyni zamanda, yanınızda olanlara kömək edin!”,- deyə Kiyev administrasiyasının bəyanatında deyilir.


