Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi baş tutacaq
Bu gün Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüş keçiriləcək.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
“Moskva və Kiyev danışıqlar başlayandan bəri əhəmiyyətli irəliləyiş əldə edib",- deyə Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib.
Onun sözlərinə görə, bu irəliləyiş yaxın bir neçə gündə " imza sənədlərində hər iki nümayəndə heyətinin ümumi mövqeyinə çevrilə bilər”.
Ukrayna tərəfinin məlumatına görə, Ukraynanın mövqeyi nəzərə alınmaqla sazişlər paketi hazırlanır.
Birinci şəxslərin görüş yerinə gəlincə - müzakirə davam edir, Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, prezident Ərdoğanla telefon danışığı zamanı Vladimir Putin Vladimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib. İndi Türkiyə iki ölkə liderlərinin görüşünü təşkil etməyə çalışır.


