Gürcüstan Prezidenti Parlamentdə çıxış edəcək
Gürcüstan prezidentinin bu gün parlamentdə iştirakı gözlənilir. Salome Zurabişvili saat 12:00-da qanunverici orqana gələcək və illik hesabatını təqdim edəcək.
lnterPress. ge xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü Quram Maçaraşvili bildirib.
Deputatlar prezidentin diqqətini ilk növbədə Ukraynaya, orada gedən proseslərə və konsolidasiyanın vacibliyinə yönəldəcəyini gözlədiklərini deyirlər.
“Konstitusiyaya və Reqlamentə uyğun olaraq, Gürcüstan prezidenti ildə bir dəfə parlament qarşısında çıxış edir, həm daxili, həm də xarici məsələlərlə bağlı fikirlərini bildirir. Ona görə də prosedurlar belədir - Prezidentin müraciətindən sonra fraksiya rəhbərləri, eləcə də siyasi qrupun rəhbərləri müəyyən olunacaq və bundan sonra Gürcüstan prezidentinin Gürcüstan parlamentində yekun nitqi ilə çıxış etmək imkanı olacaq", - deyə parlament çoxluğunun üzvü Quram Maçaraşvili bildirib.


