Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Marneuli bələdiyyə nəqliyyatlarının sərnişindaşıma xidmətinin tarifi artırılacaq – AÇIQLAMA

1,002
Marneuli bələdiyyə nəqliyyatlarının sərnişindaşıma xidmətinin tarifi artırılacaq – AÇIQLAMA
Dinləmək üçün basın

Marneuli meriyasının balansında olan ictimai nəqliyyatların sərnişindaşıma xidmətinin tarifinin artırılması planlaşdırılır.

Bu barədə məlumatı InterPress.ge-yə müsahibəsi zamanı avtoparkın rəisi Qiqa Jalaqoniya təstiqləyib.

Avtoparkın rəisi Q. Jalaqoniya qiymətlərin mütləq qaldırılacağını bildirir.

“Bəli, bələdiyyə avtobuslarının gediş haqqı arta bilər. Dəqiq nə vaxt artırılacaq məlum deyil. Lakin mütləq artırılacaq”, - deyə Q. Jalaqoniya qeyd edib.

Tarifə gəlincə isə o, tariflərin nə qədər artırılacağını dəqiq bilmədiyini bildirib.

InterPress.ge-nin əldə etdiyi məlumata görə, bəzi kəndlərə 50 tetri, şəhər daxili nəqliyyatlarda isə 20 tetri artırılması düşünülür.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →