14 
Mar
2022
11:59
319

Arçil Talakvadze: "Bu gün parlamentin həyatında ən mühüm günlərdən biridir"

"Bu, parlamentin Gürcüstan prezidentini dinlədiyi parlament həyatında ən mühüm günlərdən biridir".

lnterPress. ge xəbər verir ki, bu barədə - parlamentin vitçe-spikeri Arçil Talakvadze jurnalistlərə bildirib.
 
Onun sözlərinə görə, prezidentin hesabatında milli təhlükəsizliyə ciddi diqqət yetirməsi gözlənilir.

“Biz prezidentin diqqəti milli təhlükəsizlik məsələlərinə və Ukraynada davam edən hərbi əməliyyatlara yönəldəcək çıxışını gözləyirik. Biz həmçinin Gürcüstan prezidentinin milli təhlükəsizlik məsələlərində atdığı beynəlxalq addımlar və kommunikasiyalar, eləcə də beynəlxalq müstəvidə gedən proseslərlə bağlı hesabatı gözləyirik. Əlbəttə ki, biz prezidentin Gürcüstanın demokratik islahatları, işğal olunmuş ərazilərdəki vəziyyət, post-pandemiya dövründə iqtisadiyyatın bərpası kimi mühüm məsələlərlə bağlı məruzəsini dinləyəcəyik", - deyə Talakvadze bildirib.

Bizimlə əlaqə saxlayın