15 
Mar
2022
00:26
551

Bu ölkə Ukraynanın hava məkanının bağlanması üçün NATO- ya müraciət edəcək

Estoniya parlamenti Ukraynanın hava məkanının bağlanması üçün NATO-ya müraciət etmək qərarına gəlib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Radasının spikeri Ruslan Stefançuk məlumat verib.

“Mən şəxsən Estoniya parlamentinin sədri Yuri Ratasa və bütün yerli deputatlara göstərdikləri cəsarət və Ukraynaya sədaqətlərinə görə öz adımdan, Ukrayna parlamentariləri və bütün Ukrayna xalqı adından təşəkkür edirəm. Bu qərar bütün dünya parlamentləri üçün cəsarət nümunəsi olmalıdır. Parlamentlər xalqdır, xalq sülhün bərqərar olması və Ukraynanın hava məkanının bağlanması üçün qəti addımlar atmağa çağırır", - Ruslan Stefançuk bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə NATO-nu Ukrayna hava məkanı alyansını bağlamağa çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər