15 
Mar
2022
10:45
215

Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiya ilə əlaqədar iddiasını dəyərləndirəcək

Haaqa Beynəlxalq Məhkəməsi martın 16-da Ukraynanın Rusiyaya qarşı iddiası ilə bağlı qərar verəcəyini bildirib.

lnterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Ukrayna Rusiya hücumundan az sonra, fevralın 24-də məhkəmə işi qaldırıb.

Ukrayna tərəfi Rusiyanı Ukrayna qüvvələrinin Donbas bölgəsində separatçıların nəzarətində olan ərazilərə hücumu bəhanəsi kimi soyqırım törətməsi barədə yalan bəyanatlardan istifadə etməkdə ittiham edir.

Lakin BBC-nin məlumatına görə, Rusiya rəsmiləri Beynəlxalq Haaqa Məhkəməsinin martın 7-də keçirilən dinləmələrində iştirak etməyiblər.

Beynəlxalq Ədalət Məhkəməsinin rəsmi açıqlamasında deyilir ki, məhkəmə qərarı martın 16-da yerli vaxtla saat 16:00-da verəcək.

Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi də Ukraynada törədilmiş hərbi cinayətlərə dair iddiaları dinləmək üçün hərbi cinayətlərlə bağlı ayrıca araşdırmaya başlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər