16 
Mar
2022
00:08
1514

Salome Zurabişvili: "Bizim sanksiyalara qoşulmadığımız doğru deyil, çünki..."

"Bizim sanksiyalara qoşulmadığımız doğru deyil, çünki əslində biz bir çox beynəlxalq sanksiyaların iştirakçısıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili CNN telekanalının canlı efirində jurnalistin Rusiyaya qarşı sanksiyalarla bağlı sualına cavab verib.

Zurabişvilinin fikrincə, Gürcüstan tam olaraq olması lazım olan yerdədir.

“Bizim sanksiyalara qoşulmadığımız doğru deyil, çünki əslində biz bir çox beynəlxalq sanksiyaların iştirakçısıyıq. Gürcüstanın özünün sanksiyaları var, bu o deməkdir ki, bizim Rusiya ilə diplomatik münasibətimiz yoxdur və bizim iki işğal olunmuş ərazimiz var. Beləliklə, biz əksər Avropa ölkələrindən fərqli vəziyyətdəyik. NATO-nun 5-ci maddəsinə əsasən bizim heç bir müdafiəmiz yoxdur. Biz qətnamələrin qəbul edildiyi bütün beynəlxalq təşkilatlarda avropalı tərəfdaşlarımızla çox həmrəyik. Ona görə də mən hesab edirəm ki, Gürcüstan olması lazım olan yerdədir və tərəfdaşlarımızla birlikdə olmaq lazım olduğu yerdə olmaq bizim üçün çox vacibdir, həmçinin assosiativ triomuzla, yəni Ukrayna və Moldova ilə davam etməkdir və düşünürəm ki, burada yeni vəziyyət yaranıb.",- Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın