16 
Mar
2022
16:39
485

Kaxa Kaladze ölkə başçısının məhkəməyə veriləcəyi məsələsinə münasibət bildirdi

''Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsində heç kim iddia qaldırmır''.
 
lnterPress. ge xəbər verir ki, bu barədə  Tbilisi meri, Gürcü arzusunun baş katibi Kaxa Kaladze jurnalistlərin Gürcüstan hökumətinin prezident Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsinə müraciət etdiyi barədə sualını belə cavablandırıb.

Kaxa Kaladzenin jurnalistlərə verdiyi məlumata görə, bu barədə heç kim açıqlama verməyib.

“Onun indi məhkəməyə gedəcəyini haradan oxumusuz? Bu açıqlama heç kim tərəfindən verilməyib. Siz mənə heç bir bəyanat göstərə bilməzsiniz ki, Gürcü arzusu məhkəməyə müraciət etsin. Bu haqda ümumiyyətlə söhbət olmayıb.

Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsində heç kim iddia qaldırmır. Konstitusiyanı qorumaq hər kəsin borcudur. Təbii ki, Konstitusiyanın qorunmasında biz siyasətçilərin üzərinə daha çox məsuliyyət düşür. Konstitusiyaya hörmət etmiriksə, qanunu qorumaq üçün sadə vətəndaşlardan nə tələb etməliyik? Ona görə də ilk növbədə biz Konstitusiyanı qorumağa borcluyuq. İndi necə istərdiniz mən, şəhər meri, prezidentin səlahiyyətinə və ya ölkənin baş nazirinin səlahiyyətlərinə kobud şəkildə müdaxilə edim və ya əksinə?. Ona görə də Konstitusiyanın qorunması indi və gələcəkdə hər kəs üçün çox vacibdir. Biz heç bir cəzadan danışmırıq, spekulyasiya etməyin”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın