16 
Mar
2022
16:53
342

Azərbaycan səfiri ilə Parlament sədri arasında görüş baş tutdu

Parlamentin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Tərəflər iki ölkə arasında çoxillik və çoxtərəfli əməkdaşlığı nəzərdən keçiriblər. Strateji tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər. Qeyd olunub ki, parlament əlaqələrinin gücləndirilməsi bu prosesə böyük töhfə verə bilər.

Görüşdə həmçinin regionda təhlükəsizlik vəziyyəti müzakirə edilib və sülh, sabitlik və firavanlıq naminə region ölkələri arasında əməkdaşlığın zəruriliyi vurğulanıb.

Görüşdə 2022-ci ildə Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin layiqincə qeyd olunması müzakirə olunub.

Azərbaycan səfiri Gürcüstanın vasitəçilik prosesinə verdiyi töhfəyə görə parlament sədrinə təşəkkür edib.

Bizimlə əlaqə saxlayın