Rusiyayönlü partiyanın nümayəndələri Marneulidə Samirə Bayramovaya hədə qorxu gələrək vaxt verdilər - VİDEO
Bir neçə gün öncə ictimai fəal Samirə Bayramova Marneulidə yerləşən "Konservativ hərəkat"ın ofisinin divarlarını Ukrayna va AB- nin bayraqlarının rənginə boyamışdı.
InterPress.ge xəbər verir ki, Samirə Bayramova bu addımla Ukraynaya dəstək və eyni zamanda Ukraynada elə Gürcüstanın gələcək taleyinin həlli olduğunu və eyni zamanda Avropa Birliyinin bayrağını çəkməklə yolumuz avropa olduğunu bildirib.
İctimai fəalın bu addımından sonra partiya nümayəndələri tərəfindən onun ünvanına təhqiramiz ifadələr işlənərək hədə-qorxu gəlinir.
İctimai fəal Samirə Bayramovanın qeyd etdiyinə görə, o, artıq Daxili İşlər Nazirliyinə bununla bağlı müraciət edib.
"Sadəcə ona deyə bilərəm ki, ünvanlarını səhv salıblar, bilmirəm onlar kimə və nəyə güvənir, görünür Rusiya ataları onları yaxşı maliyyələşdirir və bundan istifadə edir. Məsələ ilə bağlı polisə müraciət etmişəm və ümid edirəm bununla bağlı ciddi qərar veriləcək. Onlar cəmiyyət üçün təhlükəli və zərərli qrupdur, o qədər savadsızdırlar ki, hələ mənim şəxsən kim olduğumu belə bilmirlət. İt hürər karvan keçər!",-Samirə Bayramova.
Sözügedən partiyanın dəstəkçiləri bu gün Marneuliyə səfər edərək VMH partiyasının ofisi qarşısında dayanaraq Samirə Bayramovaya iki gün vaxt verdiklərini açıqlayaraq hədə qorxu gəliblər.
"Vahid Milli Hərəkatın fəalı və yerli bələdiyyədə majoritar deputat Samirə Bayramova Konservativ hərəkatın ofisinə gələrək divarları boyayıb. O, əvvəlcə bizim dini dəyərimiz olan xaçı daha sonra isə bizi təhqir edib. Konservantlar hərəkatı bizim hər birimizin ikinci evidir. Bundan irəli gələrək biz Marneuliyə xəbərdarlıq etmək üçün gəldik. Bu düşmən qadına başa salın ki, onun bu hərəkəti ilə dini və etnik zəmində münaqişəyə yol açıla bilər. Mən o qadına 2 gün vaxt verirəm. Banerlər və ofisin divarları əvvəlki vəziyyətinə qaytarılsın əks təqdirdə qarşısında durduğumuz bu "toyuq hini"ni (VMH) və Avropalı Gürcüstanın ofisini layiqli vəziyyətə salacağıq. Bu "toyuq hini" və 15 partiya ümumiyyətlə ləğv olunmalıdır"- deyə partiya üzvü qeyd edib.


