Daxili işlər naziri Ukraynaya dəstəyini bu ifadələrlə bildirdi
"Mən adi bir gürcü kimi və daxili işlər naziri kimi dost Ukrayna xalqımıza bir daha tam və açıq dəstəyimi bildirirəm".
lnterPress.ge xəbər verir ki, bu barədə daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət və dünya liderləri müharibənin tez bir zamanda dayandırılması üçün mümkün olan hər şeyi etməlidir.
“Hesabatın rəsmi hissəsinə Ukraynadakı hərbi əməliyyatlar və regiondakı vəziyyət haqqında danışmaqla başlamaq istəyirəm. Bizim üçün hazırda Ukraynada baş verənlər xüsusilə vacib və ağrılıdır. 2008-ci ildə biz bu təcavüzün nəticələrini vətənimizdə yaşadıq və gördük. Adi bir gürcü və daxili işlər naziri kimi mən bir daha dost Ukrayna xalqımıza tam və açıq dəstəyimi bildirirəm.
Ukraynada vəziyyət çox çətin və ağırdır, dinc əhali əziyyət çəkir. Uşaqlar, qadınlar, qocalar ölür, şəhərlər bombalanır, təəssüf ki, itkilər çoxdur.
Beynəlxalq ictimaiyyət və dünya liderləri bu müharibəni tez bir zamanda dayandırmaq üçün mümkün olan hər şeyi etməlidirlər.
Gürcüstan hökuməti bütün beynəlxalq səviyyələrdə Ukraynaya siyasi dəstək verir və eyni zamanda, Gürcüstandan humanitar yardımlar fasiləsiz göndərilir", - deyə Vaxtanq Qomelauri bildirib.


