Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə...
Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 25-dən minik avtomobilləri, noyabrın 7-dən isə digər kateqoriyalar üçün sürücülük imtahanı real şəraitdə keçiriləcək.
InterPress.ge xəbər verir ki, bunu daxili işlər naziri Vaxtanq Qomelauri deyib.
Vaxtanq Qomelaurinin parlamentdə “Nazir saatı” formatında hesabat təqdim edərkən qeyd etdiyinı görə, xidmət agentliyi sürücülük imtahanından keçmək üçün qaydaların, şərtlərin və marşrutların hazırlanmasını təmin edir.
“2021-ci ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişi çərçivəsində edilən dəyişikliklərə uyğun olaraq, Xidmət Agentliyi tərəfindən yeni, AM kateqoriyalı nəqliyyat vasitələrinə beynəlxalq standartlara uyğun moped sürücülük vəsiqələrinin verilməsinə başlanılıb və bu, 28 martdan etibarən məcburi olacaq. Həmin tarixdən mopedlərin qeydiyyatı məcburi olacaq. Vətəndaşlar yeni “AM” kateqoriyalı nəzəri imtahanda iştirak etdikdə imtahan ödənişindən tam azad olunacaqlar. Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 25-dən minik avtomobilləri, noyabrın 7-dən isə digər kateqoriyalar üçün sürücülük imtahanı real şəraitdə keçiriləcək. Agentlik imtahandan keçmək üçün qaydaların, şərtlərin və marşrutların hazırlanmasını təmin edir. Nəqliyyat vasitəsinin dövlət nömrələrini agentliyə gəlmədən, uzaqdan mobil proqramla dəyişmək mümkün olacaq. Həmçinin nəqliyyat vasitələrinin ixracı, təkrar ixracı və s. kimi gömrük prosedurlarını həyata keçirmək, habelə qeydiyyata alınması, o cümlədən qeydiyyatda dəyişikliklər edilməsi mümkün olacaq”, - deyə daxili işlər naziri bildirib.


