17 
Mar
2022
18:00
583

Əhməd İmamquliyev "Mühafizəkarlar" partiyasının nümayəndələrinin bəyanatına münasibət bildirdi - VİDEO

Ötən gün Marneuli də İçtimai fəal Samira Bayramovanın "Konsertativ hərəkat"ın ofisinin divarlarını Ukrayna və AB-nin bayraqlarının rənginə boyamasından sonra sözü gedən partiya üzvləri Marneuliyə gələrək Vahid Milli Hərəkat (VMH) partiyasının ofisinin qarşısında VMH partiyasına və Avropalı Gürcüstan partiyası təhdid edərək təhqir edici sözlər demişdilər. 

InterPress.g-yə müsahibəsi zamanı Avropalı Gürcüstan partiyasının Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev sözü gedən məsələyə münasibət bildirdi. 

"Samirə xanımın etdiyi onun öz fikridir və bu bir protesto nümayişi idi. 

Hərkəs bilir ki, bu təşkilat zorba və provakator kimi tanınır. Onlar Samirə xanımın bu hərəkətini başka yönə çəkərək, gürcü xaçına olunan hörmətsizlik kimi yozurlar. 

Onların gəlib bizim ofislərimizin qarşısında Samirə xanımı təhdid edərək bizim partiyamıza (Avropalı Gürcüstan partiyası) və Vahid milli hərəkat partiyasına təhqir edici sözlər işlədərək hədə-qorxu gəldilər. Biz onlardan başka birşey gözləmirdik. Hərkəs onların necə zor gücü tətbiq edən bir təşkilat olduğunu bilir", - deyə Əhməd İmamquliyev qeyd edib. 

Daha ətraflı müsahibəni izləmək üçün videoya keçid edin:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər