18 
Mar
2022
14:47
531

Şalva Papuaşvili: "Əgər Saakaşvilinin ölkəyə gəlməsinin təşkilatçısı Qia Lortkipanidzenin Ukraynada yüksək vəzifəyə təyin edilməsi doğrudursa, bu, üzücü faktdır"

“Əgər Saakaşvilinin ölkəyə gəlməsinin təşkilatçısı Qia Lortkipanidzenin Ukraynada yüksək vəzifəyə təyin edilməsi doğrudursa, bu, üzücü faktdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvilinin qeyd etdiyinə görə, Qia Lortkipanidze ağır cinayətdə ittiham olunur və onun əks-kəşfiyyat kimi yüksək vəzifəyə təyin olunması xoşagələn deyil.

“Milli Hərəkatın bu məlumatı səsləndirməsi təəccüblüdür.  Onlar Ukraynada kimin hara, üstəlik kimin əks-kəşfiyyata müavin təyin edilməsini hardan bilirlər? Niyə onlarda bu məlumat var? Əgər bu doğrudursa, əlbəttə ki, təəssüf hissi doğurur, çünki bilirik ki, Qia Lortkipanidze ittiham olunur və onların arasında Mixeil Saakaşvilinin Gürcüstana gətirilməsində əli olan şəxslərin ifadələri var. Səhv etmirəmsə, telefon danışıqlarının qeydləri var idi.  Saakaşvilinin Gürcüstana gəlməsinin təşkilatçısı Qia Lortkipanidze olub. İnsan belə ağır cinayətdə ittiham olunanda və onu əks-kəşfiyyat kimi yüksək vəzifəyə təyin edəndə, təbii ki, xoşagələn deyil.

Bundan əlavə, Ukraynada baş prokurorun müşaviri olan keçmiş baş prokuror Zurab Adeişvilini də görürük ki, bu heç də ürəkaçan deyil. Bu baxımdan heç bir şəkildə tənqidi mövqe tutmağa hazırlaşmırıq. Biz başa düşürük ki, Ukraynada vəziyyət nəinki ağırdır, həm də faciəvidir və Ukrayna xalqı ilə həmrəyik. İndi bu məsələni danışmaq və müzakirə etmək vaxtı deyil, lakin Mixeil Saakaşvilinin Gürcüstana gəlməsinin təşkilatçısının bu qədər yüksək vəzifədə olması acı faktdır”, - Papuaşvili bildirib.

Bizimlə əlaqə saxlayın