Mixeil Saakaşvili bəyanat yaydı
"Hakimiyyətim dövründə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının təsdiqlənməsi yalnız Rusiyanın Psou və Yuxarı Zarmaqini Gürcüstanın gömrük sərhədləri kimi tanımasından sonra baş verib".
InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvili Facebook hesabında yazıb.
O qeyd edib ki, Gürcüstan müvafiq icazəni verən sonuncu ölkə olub.
“Tamamilə səriştəsiz və zərərli hökumətimizin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı öz xəyanətlərinə haqq qazandırmaq və bizi ittiham etmək üçün istifadə etdikləri bəyanatlara gəlincə, Gürcüstan amerikalıların 2 illik güclü təzyiqinə baxmayaraq, razılıq verən sonuncu ölkə oldu. Biz icazəni yalnız Rusiyanın Psou və Zemo Zarmaqini (Roki tuneli) gömrük sərhədlərimiz kimi tanımasından sonra verdik. Bu, böyük diplomatik qələbə idi!
Onlar gələndən sonra əminəm ki, rusların göstərişi ilə bu razılaşmanı unudublar, indi isə kobudluq edib bu tərəfə dönüblər”, - Mixeil Saakaşvili bildirib.


