Ukraynadan qaçqın düşən uşaqlar yeni təhlükə ilə üz- üzədirlər
Rusiyanın hücumu səbəbindən Ukraynada evlərini tərk edən uşaqlar insan alverçiləri tərəfindən əlavə risk altındadırlar, çünki onlar tez-tez əhalinin hərəkəti ilə müşayiət olunan xaosdan istifadə etməyə çalışırlar.
InterPress.ge xəbər verir ki, bu barədə
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat verib.
UNICEF və İnsan Alverinə Qarşı Qurumlararası Koordinasiya Qrupunun (ICAT) bu yaxınlarda apardığı araşdırma nəticəsində məlum olub ki, müəyyən edilmiş insan alveri qurbanlarının 28%-i uşaqlardır.
Ekspertlər hesab edirlər ki, Ukraynadan gələn insan alverinin potensial qurbanlarının daha çox hissəsini uşaqlar təşkil edəcək. Fevralın 24-dən martın 17-dək Ukraynadan Rumıniyaya gedən 500-ə yaxın yetkinlik yaşına çatmayan şəxs müəyyən edilib. UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xanın sözlərinə görə, müharibə kütləvi yerdəyişmə və qaçqınların Ukraynaya axınına səbəb olur - bu, insan alverinin əhəmiyyətli dərəcədə artmasına və uşaqların müdafiəsi ilə bağlı ciddi böhrana səbəb ola bilər.
“Qaçqın uşaqlar ailələrindən ayrılmağa, istismara və insan alverinə qarşı son dərəcə həssasdırlar. Bölgədəki hökumətlər uşaqların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb gücləndirməlidir", - Xan deyib.
Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra 1,5 milyon uşaq qaçqın, minlərlə uşaq isə məcburi köçkün vəziyyətinə düşüb.


