Bu gün Mixeil Saakaşvilinin məhkəməsi keçirilir
Tbilisi şəhər məhkəməsində külli miqdarda büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvili və Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın işi üzrə məhkəmə prosesi davam edir.
lnterPress.ge xəbər verir ki, məlumata əsasən iclasda hər iki təqsirləndirilən şəxs - Mixail Saakaşvili və Teymuraz Canaşia iştirak edir.
Məhkəmədə müdafiə tərəfinin dəlilləri araşdırılacaq.
İclasla paralel olaraq Tbilisi Şəhər Məhkəməsinin həyətində Saakaşviliyə dəstək aksiyası keçirilir.
Məlumat üçün bildirək ki, Mixail Saakaşvili ilə birlikdə Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşia da ittiham olunur. Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon lari mənimsəməkdə ittiham edir.


