24 
Mar
2022
16:15
515

Volodimir Zelenski: "Biz atəşkəs və sülhün şərtlərini müzakirə etməyə hazırıq, lakin..."

"Hər birimizin  sülhə ehtiyacımız var. Biz atəşkəs və sülhün şərtlərini müzakirə etməyə hazırıq, lakin ultimatumları yerinə yetirməyə hazır deyilik".

lnterPress.ge xəbər verir ki, bu barədə  “La Repubblica” nəşrinə müsahibəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukraynanın birinci şəxsinin sözlərinə görə, Ukraynada müharibə 8 ildir davam etdiyi üçün o, əvvəlki illərdə Rusiya prezidenti ilə görüşə hazır idi.

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi bir aydır ki, davam edir. Dəfələrlə qeyd etdiyim kimi, mən indi də Vladimir Putinlə görüşməyə hazıram. Hər birimizin  sülhə ehtiyacımız var. Biz atəşkəs və sülhün şərtlərini müzakirə etməyə hazırıq, lakin ultimatumları yerinə yetirməyə hazır deyilik”, - deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər