Yens Stoltenberq: "Liderlər NATO-nun açıq qapı siyasətinə sadiqliklərini bir daha təsdiqlədilər"
"Bugünkü görüşdə liderlər NATO-nun açıq qapı siyasətinə və Vaşinqton müqaviləsinin 10-cu maddəsinə möhkəm sadiqliklərini bir daha təsdiqləyiblər".
InterPress.ge xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO liderlərinin sammiti başa çatdıqdan sonra mətbuat konfransında bildirib.
"NATO-nun genişlənməsi Avropada demokratiyanın, azadlığın və rifahın təşviqində tarixi uğurun nümunəsidir", - Stoltenberq bildirib.
Məlumat üçün bildirək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (Vaşinqton Müqaviləsi) 10-cu maddəsinə əsasən, tərəflər yekdil razılıq əsasında bu müqavilənin prinsiplərini gücləndirə və Şimali Atlantika Müqaviləsi təhlükəsizliyinə töhfə verə biləcək istənilən digər Avropa dövlətini dəvət edə bilərlər.


