Aİ Ukraynanın bərpası üçün fond yaradır
Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün xüsusi fond yaratmağa söz verib.
lnterPress.ge xəbər verir ki, müvafiq məlumat Aİ-nin saytında dərc olunub.
“Rusiyanın hərbi təcavüzünün Ukraynaya vurduğu dağıntıları və böyük ziyanı nəzərə alaraq, Avropa İttifaqı dövlətin təcili ehtiyaclarının ödənilməsində və müharibədən sonra demokratik Ukraynanın bərpasında Ukrayna hökumətini dəstəkləməyə hazırdır. Bu məqsədlə Aİ Etimad Fondunun yaradılmasına razılıq verir və beynəlxalq tərəfdaşları iştiraka dəvət edir”, - deyə bəyanatda bildirib.
Ukrayna mətbuatı xəbər verir ki, ölkənin maliyyə naziri Sergey Marçenko hesab edir ki, Ukrayna müharibə səbəbindən ÜDM-in 1/3 hissəsini itirəcək. O, 2022-ci ildə ölkə iqtisadiyyatına birbaşa zərərin təxminən 62 milyard dollar olacağını, gələcək xərclərin isə 1 trilyon dolları keçəcəyini bildirib.


